Hörmüz böhranı qlobal bahalaşmanı sürətləndirir

Hörmüz böhranı qlobal bahalaşmanı sürətləndirir

DÜNYA
441

Fins.az - Hörmüz boğazı ətrafında yaranan böhran və Yaxın Şərqdə davam edən münaqişə təkcə enerji daşıyıcılarının deyil, bir çox digər məhsulların da qiymətinə təsir göstərib.

Hazırda dünya bazarında neft və qazla yanaşı, alüminium, polad, ammonyak, xurma, müxtəlif çərəzlər və düyü kimi məhsulların qiymətində də artım müşahidə olunur.

Region ölkələri ilə idxal-ixrac əməliyyatlarının pozulması qlobal iqtisadiyyata təxminən 700 milyard dollar zərər vurub. Eyni zamanda, hərbi əməliyyatların başlanmasından bəri neftin qiyməti 65 faiz artıb.

Bu artım zəncirvari təsir yaradaraq nəqliyyat, logistika, ticarət, daşınmaz əmlak və xidmət sektorlarında da genişmiqyaslı bahalaşmaya səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hörmüz böhranı qlobal bahalaşmanı sürətləndirir — Fins.az — Fins.az