Hörmüz boğazının yenidən bağlandığı açıqlanıb

Hörmüz boğazının yenidən bağlandığı açıqlanıb

DÜNYA
320

Fins.az - İran ABŞ-nin dəniz blokadasını tam aradan qaldırmadığı müddətcə Hörmüz boğazını bağladığını açıqlayıb.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bu qərarın şənbə axşamından etibarən qüvvəyə mindiyini bildirib.

Bəyanatda qeyd olunur ki, ABŞ İranın gəmiləri və limanlarına tətbiq edilən dəniz blokadasını ləğv etmədiyi üçün Hörmüz boğazı blokada tam aradan qaldırılana qədər bağlı qalacaq.

Həmçinin bildirilib ki, Fars körfəzi və Oman dənizində heç bir gəminin lövbər salmasına icazə verilmir və boğaza yaxınlaşma “düşmənlə əməkdaşlıq” kimi qiymətləndiriləcək. Qaydaları pozan gəmilərin məsuliyyətə cəlb olunacağı da vurğulanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hörmüz boğazının yenidən bağlandığı açıqlanıb — Fins.az — Fins.az