Hörmüz boğazı tam bağlanmayıb: Türkiyə iqtisadi risklərdən narahatdır

Hörmüz boğazı tam bağlanmayıb: Türkiyə iqtisadi risklərdən narahatdır

DÜNYA
246

Fins.az - Hörmüz boğazında yaranan gərginlik fonunda onun tam bağlanmadığı, lakin hərəkətin ciddi şəkildə məhdudlaşdığı bildirilir.

Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib ki, mövcud vəziyyət ölkənin dövlət büdcəsinə ciddi təsir göstərir. Onun sözlərinə görə, əgər neftin qiyməti 125 dollara yüksələrsə, büdcədən əlavə 25 milyard dollar vəsait ayrılması tələb oluna bilər. Bu isə Türkiyə iqtisadiyyatı üçün ciddi yük hesab olunur.

Nazir vurğulayıb ki, böhranın uzanması təkcə Türkiyəyə deyil, ümumilikdə Avropanın iqtisadi gələcəyinə də mənfi təsir göstərə bilər.

Körfəz regionundan açıq dənizə çıxış üçün əsas yol olan Hörmüz boğazında məhdudiyyətlər qlobal enerji təchizatına təsir edərək bazarlarda qeyri-sabitliyə səbəb olub.

Eyni zamanda, bəzi Qərb analitik mərkəzləri qeyd edirlər ki, mövcud vəziyyət tam təsadüfi deyil və prosesdən fayda əldə edən şirkətlərin olduğu ehtimal edilir. Bu fikirlər boğazın bütün gəmilər üçün eyni dərəcədə bağlı olmaması ilə əsaslandırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hörmüz boğazı tam bağlanmayıb: Türkiyə iqtisadi risklərdən narahatdır — Fins.az — Fins.az