Hondius gəmisində olan daha bir ispaniyalıda hantavirus aşkarlanıb

Hondius gəmisində olan daha bir ispaniyalıda hantavirus aşkarlanıb

DÜNYA
302

Fins.az - MV Hondius kruiz gəmisindən təxliyə olunan İspaniya vətəndaşlarından daha birində hantavirus təsdiqlənib.

Məlumata görə, həmin şəxs Madriddəki xəstəxanalardan birində izolyasiyada saxlanılır.

Xəstə gəmidən qayıtdıqdan sonra karantinə yerləşdirilən 14 ispaniyalıdan biridir. Diaqnoz təsdiqləndikdən sonra o, xüsusi müşahidə altında yüksək izolyasiya bölməsinə köçürülüb.

Bu, Hondius gəmisində olmuş İspaniya vətəndaşları arasında qeydə alınan ikinci təsdiqlənmiş hantavirus halıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hondius gəmisində olan daha bir ispaniyalıda hantavirus aşkarlanıb — Fins.az — Fins.az