Hindistanın cənubunda balıqçı qayığı qəzaya uğrayıb, altı nəfər itkin düşüb

Hindistanın cənubunda balıqçı qayığı qəzaya uğrayıb, altı nəfər itkin düşüb

DÜNYA
222

Fins.az - Hindistanın cənub-şərqində yerləşən Andhra Pradeş ştatının Vizak sahillərində balıqçı qayığının çevrilməsi nəticəsində altı balıqçı itkin düşüb.

Məlumata görə, qayıqda olan yeddi balıqçı iyulun 1-də dənizə çıxıb və iyulun 4-də geri qayıtmalı idi. İlkin ehtimala əsasən, qayıq güclü külək və fırtına səbəbindən çevrilib.

Balıqçılardan biri kruiz gəmisinin heyəti tərəfindən xilas edilib.

Vizak Balıqçı Gəmiləri Assosiasiyasının rəhbəri Lakshman Rao bildirib ki, itkin düşən altı nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hindistanın cənubunda balıqçı qayığı qəzaya uğrayıb, altı nəfər itkin düşüb — Fins.az — Fins.az