Hindistanda iqtisadi artım proqnozu aşağı salına bilər

Hindistanda iqtisadi artım proqnozu aşağı salına bilər

DÜNYA
380

Fins.az - Hindistanda aprelin 1-də başlayacaq növbəti büdcə ilində iqtisadi artım proqnozu aşağı salına bilər. Hökumətin hesabatında illik artım 7–7,4 faiz səviyyəsində proqnozlaşdırılırdı, lakin Yaxın Şərqdəki gərginlik artıq iqtisadi sahədə təsirini göstərir.

Hörmüz boğazının bağlanması Hindistanda yanacağın bahalaşmasına və logistikanın çətinləşməsinə səbəb olub. Eyni zamanda, rupi digər valyutalara qarşı dəyər itirib. Hökumət aprel ayında vəziyyəti qiymətləndirərək iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirəcək. İqtisadçılar proqnozun aşağı salınacağını gözləyirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hindistanda iqtisadi artım proqnozu aşağı salına bilər — Fins.az — Fins.az