
Hindistan Oman sahillərində tanker insidenti ilə bağlı ABŞ diplomatını XİN-ə çağırıb
Fins.az - Hindistan hökuməti Oman sahillərində baş vermiş tanker insidenti ilə bağlı ABŞ-nin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
Məlumata görə, bu barədə “Economic Times” Hindistan XİN-ə istinadla xəbər verib.
Diplomata hadisə ilə əlaqədar rəsmi etiraz bildirilib.
Qeyd olunur ki, tankerin göyərtəsində 24 Hindistan vətəndaşı olub. Onlardan 21 nəfər xilas edilib, 3 nəfər isə itkin düşmüş hesab olunur.
Hindistan tərəfi hadisənin tam araşdırılmasını tələb edir.