
Gürcüstanda yeni C5 viza kateqoriyası tətbiq oluna bilər
Fins.az - Gürcüstanda C5 kateqoriyalı yeni adi vizanın tətbiqi planlaşdırılır. Bununla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanıb və artıq parlamentdə sürətləndirilmiş prosedurla müzakirə olunur.
Layihəyə əsasən, C5 vizası 5 il müddətinə veriləcək və sahibinə ölkədə 1 ilədək qalmaq imkanı yaradacaq.
Bu viza əsasən Gürcüstana qısamüddətli məqsədlərlə gələn və ölkə xaricində fəaliyyət göstərən qeyri-rezident şəxslərlə əlaqəli olan şəxslər üçün nəzərdə tutulub. Eyni zamanda, viza həmin şəxsin həyat yoldaşına və azyaşlı uşaqlarına da şamil ediləcək.