Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb

DÜNYA
471

Fins.az - Gürcüstanda yanacaq qiymətləri son iki həftədə yenidən artıb. Qiymət artımı 50–60 tetri (təxminən 15–20 sent) təşkil edib.

Bahalaşmanın əsas səbəbi Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı vasitəsilə neft daşınmalarında yaranan gecikmələrdir. Dünyadakı neft tədarükünün təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilir, buna görə beynəlxalq bazarlardakı tendensiya Gürcüstan bazarına da təsir edib.

Bəzi yanacaqdoldurma məntəqələrində qiymətlər aşağıdakı səviyyəyə çatıb: “super” markalı yanacaq – 3,83 lari (əvvəl 3,23 lari), “avro regulyar” – 3,49 lari (əvvəl 3,09 lari), dizel yanacağı – 3,69 lari (əvvəl 3,19 lari).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb — Fins.az — Fins.az