Gürcüstanda vitse-prezident və yeni dövlət naziri vəzifələri təsis edilib

Gürcüstanda vitse-prezident və yeni dövlət naziri vəzifələri təsis edilib

DÜNYA
365

Fins.az - Gürcüstanda hökumət strukturunda yeni dəyişikliklər edilib və vitse-prezident vəzifəsi ilə yanaşı, yeni dövlət naziri postu təsis olunub.

Baş nazir İrakli Kobaxidze brifinqdə bildirib ki, hökumət strukturuna hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi əlavə edilir. Bu vəzifəni Mamuka Mdinaradze tutacaq və o, həm də Baş nazirin müavini və vitse-prezident səlahiyyətlərini icra edəcək.

Bundan başqa, xarici işlər naziri Maka Boçorişvili də Baş nazirin müavini təyin olunub. Beləliklə, Gürcüstan hökumətində Baş nazirin üç müavini olacaq.

Rəsmilərin sözlərinə görə, dəyişikliklər idarəetmənin effektivliyinin artırılması və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstanda vitse-prezident və yeni dövlət naziri vəzifələri təsis edilib — Fins.az — Fins.az