
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
Fins.az - Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisi şəhərində və ölkənin müxtəlif bölgələrində genişmiqyaslı xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində narkotiklərlə bağlı ittihamlar üzrə 119 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var.
Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze bildirib ki, əməliyyat hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.