Gürcüstan və Özbəkistan regional logistika layihələrini müzakirə ediblər

Gürcüstan və Özbəkistan regional logistika layihələrini müzakirə ediblər

DÜNYA
251

Fins.az - Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüş keçirib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər, həmçinin regional logistika və nəqliyyat layihələrinin inkişafı, tranzit imkanlarının artırılması və qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan və Özbəkistan regional logistika layihələrini müzakirə ediblər — Fins.az — Fins.az