Google KİV-lərə ödəniş etməyə başlaya bilər: Danışıqlar mərhələsi başlayıb

Google KİV-lərə ödəniş etməyə başlaya bilər: Danışıqlar mərhələsi başlayıb

DÜNYA
871

Google korporasiyası bir sıra xəbər istehsalçıları ilə danışıqlara başlayıb. Danışıqların məqsədi odur ki, şirkətin xidmətində onların nəşrlərinin dərci üçün ödəniş edilə bilər.

Fins.az xəbər verir ki, kontentin üçün ödəniş mexanizmi isə hələ ki məlum deyil.

WSJ mənbəsinin sözlərinə görə, şirkət KİV-dəki məzmunu lizenziyalaşdırmağa davam edə bilər. Burada Google-un pulsuz məhsullarından biri nümayiş ediləcək.

Hələ ki, konkret razılıq əldə edilməyib, danışıqlar başlanğıc mərhələsindədir. Naşirlər isə daha əvvəl korporasiyadan kompensasiya xahiş edirdilər ki, axtarış nəticələrində onların kontenti nümayiş edilsin.

Qeyd edək ki, Google onlar üçün vacib trafik mənbəyidir. Ancaq kontenə görə, korporasiya onlara hələ ki, birbaşa pul ödəməyib.

Bildirək ki, daha əvvəl deyilirdi ki, Facebook şirkəti bir sıra KİV-lərə materiallarının şəbəkənin News Tab adlı xəbərlər bölməsində yerləşdirməsinə görə, pul ödəyəcək.

Seçilən partnyorlar ilə sosial şəbəkə üçillik müqavilə imzalayacaq. Ödəniş isə illik olaraq ödəniləcək. Onların ölçüsü nəşrin böyüklüyündən və reputasiyasından asılı olaraq ildə bir neçə min dollardan, milyon dollara qədər dəyişəcək.

©Facemark.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Google KİV-lərə ödəniş etməyə başlaya bilər: Danışıqlar mərhələsi başlayıb — Fins.az — Fins.az