General Motors-un əsas təchizatçılarından birində tətil başlayıb

General Motors-un əsas təchizatçılarından birində tətil başlayıb

DÜNYA
194

Fins.az - ABŞ-nin Miçiqan ştatının Tri-Rivers şəhərində fəaliyyət göstərən avtomobil hissələri istehsalçısında çalışan təxminən 1000 işçi tətilə başlayıb.

İşçilər həmkarlar ittifaqının məlumatına görə, kollektiv müqavilə üzrə ədalətli şərtlərlə bağlı razılıq əldə olunmadığı üçün iş dayandırılıb.

Müəssisə avtomobil istehsalçısı General Motors-un əsas təchizatçılarından biri hesab olunur.

Həmkarlar ittifaqı bildirib ki, işçilər əməkhaqqı və iş şəraiti ilə bağlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
General Motors-un əsas təchizatçılarından birində tətil başlayıb — Fins.az — Fins.az