Furnye-Bodri və Sizeron dünya çempionatında ritm rəqsində liderdir

Furnye-Bodri və Sizeron dünya çempionatında ritm rəqsində liderdir

DÜNYA
465

Fins.az - Fransanı təmsil edən rəqs cütlüyü Loran Furnye-Bodri və Giyom Sizeron Praqada keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında ritm rəqsində birinci yeri tutub.

Olimpiya çempionları bu proqram üzrə 92,74 xal toplayaraq liderliyə yüksəliblər.

İkinci pillədə Kanadanı təmsil edən Payper Gils və Pol Puarie (86,45 xal), üçüncü yerdə isə Böyük Britaniyadan Layla Fir və Lyuis Gibson (85,09 xal) qərarlaşıb.

Sərbəst rəqs proqramı martın 28-də keçiriləcək. Qeyd edək ki, Rusiya və Belarus idmançıları bu dünya çempionatında iştirak etmirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Furnye-Bodri və Sizeron dünya çempionatında ritm rəqsində liderdir — Fins.az — Fins.az