
Fransanın Yaxın Şərqdəki hərbi əməliyyatlarının aylıq xərci açıqlanıb
Fins.az - ordusunun Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatların xərci açıqlanıb. Hesablamalara görə, ölkənin bölgədə yerləşdirdiyi qüvvələrin saxlanılması aylıq təxminən 135 milyon avroya başa gəlir.
Məlumatlar Senat və Hesablama Palatasının təqdim etdiyi rəqəmlərə əsaslanır. Bu xərclərin bir hissəsi hərbi qulluqçuların maaşlarına yönəldilir ki, onların aylıq ödənişi təxminən 11 milyon avro təşkil edir.
Bundan əlavə, 6 ədəd “Rafale” qırıcı təyyarəsinin cəmi üç saatlıq uçuşunun belə 30 milyon avroya başa gəldiyi bildirilir. Ümumilikdə, Fransanın xərcləri ABŞ ilə müqayisədə daha aşağı olsa da, bölgədəki hərbi iştirak ölkə büdcəsi üçün əhəmiyyətli yük olaraq qalır.