
Fransanın cənubunda meşə yanğınları davam edir
Fins.az - Fransanın cənub bölgələrində meşə yanğınları davam edir. Yanğınların söndürülməsi üçün ölkə üzrə 30-dan çox ocaqda 2000 yanğınsöndürən fəaliyyət göstərir.
Təhlükəsizlik məqsədilə minlərlə sakin yaşadıqları ərazilərdən təxliyə olunub.
Ən mürəkkəb vəziyyət Pireney-Oriental departamentində müşahidə edilir. Sainte-Marie-la-Mer qəsəbəsində başlayan yanğın Canet-en-Roussillon istiqamətində yayılıb.
Prefekturanın məlumatına görə, dünən axşam saatlarında 3000 nəfər təxliyə edilib. Hazırda yanğın nəzarət altına alınsa da, ərazidə monitorinq və təhlükəsizlik tədbirləri davam etdirilir.