Fransada yüzlərlə reqbi azarkeşi bilet fırıldağının qurbanı olub

Fransada yüzlərlə reqbi azarkeşi bilet fırıldağının qurbanı olub

DÜNYA
284

Fins.az - Reqbi üzrə Fransa milli komandasının yüzlərlə azarkeşi Edinburqa səfər zamanı bilet fırıldağı ilə üzləşib. İnternet üzərindən sifariş edilən biletlər göndərilmədiyi üçün azarkeşlər stadiona buraxılmayıb və oyunu restoranda izləmək məcburiyyətində qalıblar. Məlumata görə, hadisə nəticəsində 500-dən çox azarkeş zərər çəkib. Azarkeşlərdən biri biletlərə görə 1 800 avro, ümumi səfər üçün isə təxminən 5 000 avro xərclədiyini bildirib. Biletləri satan şirkət kompensasiya veriləcəyini açıqlasa da, zərərçəkənlər hələ heç bir ödəniş almadıqlarını deyirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada yüzlərlə reqbi azarkeşi bilet fırıldağının qurbanı olub — Fins.az — Fins.az