
Fransada pensiya sisteminin gələcəyi ilə bağlı müzakirələr davam edir
Fins.az - Fransada pensiya sisteminin gələcəyi ilə bağlı müzakirələr davam edir.
Montaigne İnstitutunun eksperti Bertran Martino bildirib ki, gənclərin məşğulluq səviyyəsinin artırılması pensiya sisteminin maliyyə problemlərini həll etmək üçün kifayət etmir.
Onun sözlərinə görə, bəzi iqtisadçılar gənclərin daha çox işlə təmin olunmasının pensiya sistemindəki kəsiri aradan qaldıra biləcəyini hesab etsələr də, bu yanaşma reallığı tam əks etdirmir.