Fransada istehlak və investisiyalar artım göstərdi

Fransada istehlak və investisiyalar artım göstərdi

DÜNYA
266

Finss.az xəbər verir ki, Fransanın Insee milli statistika institutunun ilkin məlumatlarına əsasən, ölkənin ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin dördüncü rübündə üçüncü rüblə müqayisədə 0,2% artıb.

Trading Economics”in məlumatına görə, açıqlanan nəticə analitiklərin orta proqnozu ilə tam üst-üstə düşüb.

Hesabatda bildirilir ki, rüb ərzində istehlak xərcləri 0,3%, əsas kapitala investisiyalar isə 0,2% artım göstərib. Xarici ticarət göstəricilərində isə ixrac 0,9% artıb, idxal isə 1,7% azalıb, bu da ÜDM artımına müsbət təsir edib.

Məlumata görə, 2025-ci il üzrə Fransanın ÜDM-i 0,9% artıb. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə 1,1%, 2023-cü ildə isə 1,6% təşkil etmişdi.

Analitiklər hesab edirlər ki, artım tempinin zəifləməsinə baxmayaraq, daxili tələb və ixrac göstəriciləri Fransa iqtisadiyyatının dayanıqlığını qoruyub saxlayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada istehlak və investisiyalar artım göstərdi — Fins.az — Fins.az