Fransada havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Fransada havanın temperaturu 39 dərəcəyədək yüksələcək

DÜNYA
183

Fins.az - Fransada bu həftə havanın temperaturunun 39 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

İyunun 16-da Aralıq dənizi sahillərində temperaturun 34 dərəcəyə çatacağı gözlənilir. Həftənin ortalarından etibarən isti hava bütün ölkə ərazisini əhatə edəcək.

Bəzi bölgələrdə temperaturun 36 dərəcəyə qədər yüksələcəyi, bunun isə mövsümi normanı təxminən 12 dərəcə üstələyəcəyi bildirilir.

İsti havanın pik həddinin cümə axşamına təsadüf edəcəyi gözlənilir. Centre-Val de Loire bölgəsində gündüz saatlarında temperaturun 39 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada havanın temperaturu 39 dərəcəyədək yüksələcək — Fins.az — Fins.az