Fransa rəqəmsal müstəqillik üçün “Linux”ə keçidi sürətləndirir

Fransa rəqəmsal müstəqillik üçün “Linux”ə keçidi sürətləndirir

DÜNYA
412

Fins.az - Fransa hökuməti rəqəmsal texnologiyalar sahəsində Avropa xaricindən asılılığı azaltmaq məqsədilə yeni strategiya hazırlayır.

Nazirliklərarası seminar çərçivəsində ən diqqətçəkən addımlardan biri Nazirliklərarası Rəqəmsal İdarənin (DINUM) iş stansiyalarının “Windows” əməliyyat sistemindən “Linux”a keçirilməsi qərarı olub.

Dövlət fəaliyyəti və maliyyə nazirinin müavini David Amiel bildirib ki, Fransa artıq məlumatlar, infrastruktur və strateji qərarlar baxımından idarə etmədiyi texnoloji həllərdən asılı qala bilməz. O, ölkənin “rəqəmsal taleyini yenidən nəzarətə götürməsi”nin vacibliyini vurğulayıb.

“Linux” açıq mənbəli və pulsuz əməliyyat sistemi kimi “Windows”dan fərqlənir və dövlət qurumları üçün daha çevik və müstəqil alternativ hesab olunur. Qeyd edək ki, Fransanın Milli Jandarmeriyası artıq bu sistemə keçid edən nadir dövlət qurumlarından biridir.

Bu təşəbbüs Avropa ilə ABŞ arasında artan gərginlik fonunda həyata keçirilir. Avropa Parlamenti də yanvar ayında üzv ölkələri xarici texnologiya təchizatçılarından asılılığı azaltmağa çağırıb. İspaniya və Almaniya kimi ölkələr də oxşar addımlar atmağa başlayıb, lakin ekspertlər belə keçidlərin texniki və təşkilati baxımdan mürəkkəb olduğunu qeyd edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransa rəqəmsal müstəqillik üçün “Linux”ə keçidi sürətləndirir — Fins.az — Fins.az