Fransa parlamentində deputatlar üçün məcburi narkotik testləri təklif edilib

Fransa parlamentində deputatlar üçün məcburi narkotik testləri təklif edilib

DÜNYA
178

Fins.az - Fransa Milli Assambleyasında deputatlar üçün məcburi narkotik testlərinin tətbiqi təklifi gündəmə gəlib.

Məlumata görə, deputatlar Fransua Jolive və Jan-Fransua Russe parlament sədri Yael Braun-Piveyə müraciət edərək belə yoxlamaların həyata keçirilməsini təklif ediblər.

Təklifə əsasən, Milli Assambleyanın bütün üzvləri və əməkdaşları qəfil və məcburi narkotik testlərdən keçirilməlidir.

Məsələ parlament daxilində etik davranış və şəffaflıq müzakirələrini yenidən gündəmə gətirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransa parlamentində deputatlar üçün məcburi narkotik testləri təklif edilib — Fins.az — Fins.az