Fransa müdafiə sənayesini gücləndirmək üçün 15 milyard avro kredit alacaq

Fransa müdafiə sənayesini gücləndirmək üçün 15 milyard avro kredit alacaq

DÜNYA
392

Fins.az - Avropa İttifaqı Şurası Fransaya SAFE (Avropada Təhlükəsizlik Fəaliyyəti) maliyyə alətindən istifadə etməyə icazə verib.

Qərara əsasən, Fransa təxminən 15,09 milyard avro həcmində kredit əldə edəcək və bu vəsait ölkənin müdafiə sənayesinin gücləndirilməsinə yönəldiləcək.

Gözlənilir ki, yaxın həftələrdə təxminən 2,26 milyard avro ilkin maliyyə vəsaiti ayrılacaq. Bu məbləğ Avropa Komissiyası ilə Fransa arasında kredit sazişi imzalandıqdan sonra təqdim ediləcək.

Qeyd olunur ki, SAFE çərçivəsində maliyyə əldə etmək üçün ən azı iki Aİ üzv dövlətinin birgə satınalma prosesində iştirak etməsi tələb olunur. Lakin müvəqqəti istisna halında satınalma bir dövlət tərəfindən də həyata keçirilə bilər.

Bundan əlavə, Ukrayna, Avropa İqtisadi Bölgəsi və Avropa Azad Ticarət Assosiasiyası ölkələri, eləcə də Kanada xüsusi razılaşmalar əsasında bu proqram çərçivəsində birgə satınalmalara qoşula bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransa müdafiə sənayesini gücləndirmək üçün 15 milyard avro kredit alacaq — Fins.az — Fins.az