
Fransa cüdo millisinin heyəti açıqlanıb: Teddi Riner Bakıda keçiriləcək dünya çempionatına qatılacaq
Fins.az - Fransa millisi oktyabrın 4–11-də Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək heyəti açıqlayıb.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, Fransa yığması fərdi yarışlarda 17 idmançı – 8 kişi və 9 qadın cüdoçu ilə təmsil olunacaq.
Komanda kişilər arasında 5, qadınlar arasında isə 6 çəki dərəcəsində mübarizə aparacaq.
Heyətdə çoxqat dünya və Olimpiya çempionu, əfsanəvi fransız cüdoçu Teddy Riner də yer alıb və Bakıda keçiriləcək mundialda iştirak edəcək.