Fransa Burkina-Fasonun qərarına cavab tədbirlərini nəzərdən keçirir

Fransa Burkina-Fasonun qərarına cavab tədbirlərini nəzərdən keçirir

DÜNYA
230

Fins.az - Fransa hakimiyyəti Burkina-Fasonun diplomatik münasibətləri kəsmək qərarından sonra mümkün cavab tədbirlərini nəzərdən keçirdiyini açıqlayıb.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Paris Burkina-Fasonun birtərəfli qərarından təəssüflənir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bu addım Burkina-Faso hakimiyyətinin normal diplomatik fəaliyyət kursundan kənara çıxdığını göstərir.

Bəyanata görə, Fransa hazırda yaranmış vəziyyətlə bağlı müvafiq cavab tədbirlərini qiymətləndirir.

Xatırladaq ki, bundan əvvəl Burkina-Faso hökuməti Fransanın ölkənin milli maraqlarına zidd fəaliyyət göstərdiyini əsas gətirərək diplomatik münasibətlərin dərhal qüvvəyə minmək şərtilə dayandırıldığını elan etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransa Burkina-Fasonun qərarına cavab tədbirlərini nəzərdən keçirir — Fins.az — Fins.az