Ford ABŞ-də 420 minə yaxın avtomobili geri çağırır

Ford ABŞ-də 420 minə yaxın avtomobili geri çağırır

DÜNYA
132

Fins.az - ABŞ-nin avtomobil istehsalçısı Ford təhlükəsizlik kəmərlərində aşkar edilən nasazlıq səbəbindən ölkədə təxminən 420 min avtomobili geri çağırır.

Geri çağırma kampaniyası 2018–2022-ci illərdə istehsal edilmiş Ford Expedition və Lincoln Navigator modellərini əhatə edir.

Məlumata görə, sürücü və ya ön sərnişin oturacağındakı təhlükəsizlik kəmərinin dartıcı mexanizmi öz-özünə bloklana bilər. Bu isə kəmərin normal şəkildə açılıb-bağlanmasına mane olur və qəza zamanı xəsarət alma riskini artırır.

Diler mərkəzlərinin əməkdaşları geri çağırılan avtomobilləri yoxlayacaq və nasaz hissələri ödənişsiz şəkildə dəyişdirəcəklər.

Şirkət avtomobil sahiblərinə təhlükəsizlik tədbiri olaraq rəsmi bildirişləri izləməyi tövsiyə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ford ABŞ-də 420 minə yaxın avtomobili geri çağırır — Fins.az — Fins.az