"Fitch": Qlobal smartfon satışları bu il 15-17% azalacaq

"Fitch": Qlobal smartfon satışları bu il 15-17% azalacaq

DÜNYA
550

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozuna əsasən, 2020-ci ildə qlobal bazarda smartfon satışları 15-17% azalacaq.

Fins.az xəbər verir ki, hazırda COVID-19 pandemiyası səbəbindən artan işsizlikdən və aşağı gəlirlilikdən təsirlənən istehlakçılar xərcləri azalıb və bu da qlobal smartfon satışlarının bərpasının daha uzun çəkəcəyi ilə nəticələnə bilər. Qeyd edək ki, təkcə bu ilin I rübündə satışlar illik müqayisədə 12% azalıb.

"Fitch"in gözləntilərinə görə, "Samsung Electronics Co."nun bazarda payı 20-21% təşkil edəcək və şirkət öz liderliyini qoruyub saxlayacaq. Onu təqib edən "Huawei" şirkətinin isə bu il bazarda payı 17-18% bərabər olacağı təxmin olunur, lakin Çin istehsalçısı ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə Çindən xaricdə bazar payını genişləndirməsində çətinlik çəkə bilər.

Agentlik qeyd edir ki, 2020-ci ilin II rübündə smartfon bazarında bərpa prosesinin başlayacağına baxmayaraq, illik müqayisədə satışlar yenə də az olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Fitch": Qlobal smartfon satışları bu il 15-17% azalacaq — Fins.az — Fins.az