"Fitch" Hindistanın reytinq üzrə proqnozunu "mənfi"yə dəyişib

"Fitch" Hindistanın reytinq üzrə proqnozunu "mənfi"yə dəyişib

DÜNYA
558

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Hindistanın xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini (IDR) "BBB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

Fins.az xəbər verir ki, reytinqin aşağı salınması COVID-19 pandemiyasının ölkənin iqtisadiyyatına ciddi zərbə vurması və bunun nəticəsi olaraq, 2021-ci ilin martında bitən maliyyə ilinin (Fİ21) yekunlarına əsasən, "Fitch"in  Hindistanda ÜDM-in 5% azalması proqnozunu əks etdirir. Lakin agentlik ölkədə iqtisadiyyatın gələn maliyyə ilində il bərpa olaraq, 9,5% artacağını gözləyir.

Bundan əlavə, agentlik Hindistanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 2021-ci maliyyə ilində 71%-dən 84,5%-ə artacağını proqnozlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Fitch" Hindistanın reytinq üzrə proqnozunu "mənfi"yə dəyişib — Fins.az — Fins.az