Finlandiya hökuməti etimadsızlıq votumunu dəf edib

Finlandiya hökuməti etimadsızlıq votumunu dəf edib

DÜNYA
309

Fins.az - Finlandiya hökuməti sosial-iqtisadi vəziyyətlə bağlı tənqidlər fonunda parlamentdə etimadsızlıq votumunu dəf etməyə nail olub.

Səsvermə zamanı hakim Milli Koalisiya Partiyasının rəhbərlik etdiyi koalisiya 88 deputatın dəstəyini qazanıb, 63 nəfər əleyhinə səs verib, 48 deputat isə səsvermədə iştirak etməyib.

Etimadsızlıq təşəbbüsü Sosial Demokrat Partiyası, Sol İttifaq və Yaşıllar Liqası tərəfindən irəli sürülmüşdü. Onlar ölkədə yoxsulluğun artması, yaşayış xərclərinin yüksəlməsi və sosial vəziyyətin pisləşməsi ilə bağlı hökumətdən izahat tələb ediblər.

Tənqidçilər sosial xərclərin azaldılmasını vəziyyətin ağırlaşmasının əsas səbəblərindən biri kimi göstərib, işsizlik və evsizliyin artdığını vurğulayıblar. Hökumət isə aparılan siyasəti müdafiə edərək sosial dəstək tədbirlərinin davam etdirildiyini bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Finlandiya hökuməti etimadsızlıq votumunu dəf edib — Fins.az — Fins.az