“Financial Times”: Ebola epidemiyası qlobal pandemiya üçün xəbərdarlıqdır

“Financial Times”: Ebola epidemiyası qlobal pandemiya üçün xəbərdarlıqdır

DÜNYA
235

Fins.az - Konqo Demokratik Respublikasında müşahidə olunan Ebola epidemiyası qlobal səhiyyə xərclərinin azalmasının mümkün nəticələri barədə ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

Məlumata görə, beynəlxalq münasibətlər üzrə araşdırma mərkəzi olan Council on Foreign Relationsnin proqram direktoru Tomas Bolliki bildirib ki, hazırkı epidemiya beynəlxalq səhiyyə institutlarının zəiflədiyi bir dövrə təsadüf edir.

Ekspertin fikrincə, qlobal səhiyyə sistemlərinə ayrılan vəsaitlərin azalması gələcəkdə daha genişmiqyaslı yoluxucu xəstəliklərin yayılması riskini artıra bilər.

Qeyd olunur ki, Ebola epidemiyası yalnız regional problem deyil, həm də beynəlxalq səhiyyə təhlükəsizliyinin möhkəmləndirilməsinin vacibliyini göstərən bir siqnaldır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Financial Times”: Ebola epidemiyası qlobal pandemiya üçün xəbərdarlıqdır — Fins.az — Fins.az