Filippinlərdə güclü zəlzələ baş verib

Filippinlərdə güclü zəlzələ baş verib

DÜNYA
289

Fins.az - Filippinlər ərazisində güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6,2 olaraq qiymətləndirilib.

Zəlzələnin episentri Samar adası yaxınlığında, Kalbayog şəhərindən təxminən 92 km şərqdə yerləşib. Təkanların ocağı sahilə çox yaxın məsafədə qeydə alınıb.

Məlumata görə, episentrdə sarsıntının intensivliyi “dağıdıcı” kimi qiymətləndirilib.

United States Geological Survey isə zəlzələnin maqnitudasını 6 bal olaraq açıqlayıb və ocağın 73,3 km dərinlikdə yerləşdiyini bildirib.

Hadisənin nəticələri və mümkün zərər barədə əlavə məlumatlar araşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Filippinlərdə güclü zəlzələ baş verib — Fins.az — Fins.az