Filippində baş verən zəlzələdən 145 mindən çox insan zərər çəkib

Filippində baş verən zəlzələdən 145 mindən çox insan zərər çəkib

DÜNYA
142

Fins.az - Filippinin Mindanao adasının cənubunda baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində 145 mindən çox insan zərər çəkib.

Məlumata görə, təbii fəlakət 145,7 min nəfəri və ya 33 min ailəni əhatə edib.

Zərərçəkənlərə ilkin yardım göstərilməsi üçün 4,23 milyon Filippin pesosu vəsait ayrılıb.

Fəlakət bölgələrinə yardım çatdırılması məqsədilə helikopterlər, gəmilər və sahil mühafizəsinin digər nəqliyyat vasitələri cəlb olunub.

Hazırda zərər çəkmiş ərazilərə ərzaq bağlamaları, çadırlar və digər zəruri ləvazimatlar göndərilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Filippində baş verən zəlzələdən 145 mindən çox insan zərər çəkib — Fins.az — Fins.az