
Estoniyada prezident seçkiləri sentyabrın 2-də keçiriləcək
Fins.az - Estoniya parlamentinin sədri Lauri Hussar prezident Alar Karisin təklifi ilə sentyabrın 2-nə növbədənkənar parlament iclası təyin edib.
Həmin iclasda ölkə prezidentinin seçkiləri keçiriləcək.
Prezidentliyə namizədin irəli sürülməsi üçün ən azı 21 deputatın dəstəyi tələb olunur.
Seçilmək üçün namizəd gizli səsvermədə parlamentin 101 üzvündən azı 68-nin səsini qazanmalıdır.