
Elbrusa qalxışlar üçün xüsusi tənzimləmə rejimi hazırlanır
Fins.az - Rusiyada Elbrus dağına qalxışların tənzimlənməsi üçün xüsusi rejimin tətbiqi planlaşdırılır.
İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi bildirib ki, bu istiqamətdə “Kavkaz.RF” institutu ilə birlikdə turistlərin təhlükəsizliyinin artırılması üçün yeni təkliflər hazırlanır.
Qeyd olunub ki, Elbrus ölkədə ən populyar, eyni zamanda ən çətin marşrutlardan biridir. Xüsusilə hazırlıqsız və təkbaşına zirvəyə qalxmağa çalışan şəxslər tez-tez təhlükəli vəziyyətlərlə üzləşirlər.
Yeni təşəbbüsün əsas məqsədi bu cür halların qarşısını almaq, alpinizm fəaliyyətini daha təhlükəsiz və nəzarətli şəkildə təşkil etməkdir.