
“EFES-2026” çoxmillətli təliminin hazırlıq mərhələsi davam edir
Fins.az - Türkiyə ərazisində keçirilən “EFES-2026” çoxmillətli hərbi təliminin hazırlıq məşqləri davam edir. Təlimdə Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iştirakçılar müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Ssenarilər çərçivəsində yaşayış məntəqələrində şərti düşmənin hücumlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralıların təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi kimi tapşırıqlar yerinə yetirilir.
Eyni zamanda, tunel, bunker və mağara tipli ərazilərdə döyüş əməliyyatlarının aparılması, eləcə də artilleriya və pilotsuz uçuş aparatları vasitəsilə şərti düşmənin texnika və canlı qüvvəsinin zərərsizləşdirilməsi üzrə məşqlər keçirilir.