
Ederson derbidəki qırmızı vərəqəyə görə mövsümü erkən bitirdi
Fins.az - Türkiyə Super Liqasında keçirilən “Qalatasaray” – “Fənərbağça” derbisində qırmızı vərəqə alan qapıçı Edersonun cəzası açıqlanıb.
Braziliyalı qolkiper 3 oyunluq cəza alıb və bu səbəbdən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Ona həmçinin pul cəzası da tətbiq olunub.
Matç isə “Qalatasaray”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.