
ECFR sorğusu: Avropalıların yalnız 11 faizi ABŞ-ni etibarlı müttəfiq hesab edir
Fins.az - Avropalıların yalnız 11 faizi Birləşmiş Ştatları onların maraq və dəyərlərini bölüşən etibarlı müttəfiq hesab edir.
Məlumata görə, bu nəticə Avropa Xarici Münasibətlər Şurasının (ECFR) keçirdiyi sorğuda ortaya çıxıb.
Sorğunun nəticələrinə əsasən, əksər respondentlər ABŞ-nin mümkün hücum zamanı Avropaya yardım etməyə hazır olacağına şübhə ilə yanaşır.