Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq - PROQNOZ

Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq - PROQNOZ

DÜNYA
556

Bu il COVID-19 pandemiyası fonunda qlobal iqtisadiyyatda korporativ borcun həcmi 1 trln. ABŞ dollarına yaxın artacaq.

Janus Henderson" aktivlərin idarə edilməsi şirkətinin "Korporativ Borc İndeksi" adlı araşdırmasında verilən məlumata görə, qlobal iqtisadiyyatda bu il ümumi korporativ borc 12% artaraq 9,3 trln. dollara çatacaq. Ötən il bu göstərici 8,1% artmışdı və bunun əsas səbəbləri kimi şirkətlərin konsolidasiyası, satınalmaları və dividentlərlə səhmlərin alınmasına xərclənən vəsaitlər olub. Lakin bu ilin əsas artım drayverlərinin şirkətlərin daha çox öz maliyyə mövqelərinin qorumaq üçün xərclədiyi vəsaitlər və aldığı borcların olacağı göstərilir.

Qeyd edək ki, araşdırma dünyanın ən yüksək səviyyəli 900 şirkət arasında aparılan təhlillərə əsaslanır.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq - PROQNOZ — Fins.az — Fins.az