
Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazanıb
Fins.az - Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən boks üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Səidcəmşid Cəfərov qızıl medal qazanıb.
75 kiloqram çəki dərəcəsində çıxış edən boksçu finalda ev sahibi ölkənin təmsilçisi Tauan Silva ilə qarşılaşıb. Cəfərov hər üç raundda üstün təsir bağışlayaraq rəqibini 5:0 hesabı ilə məğlub edib.
Bu qələbə ilə Azərbaycan idmançısı Dünya Kubokunun qızıl medalına sahib olub və yarışda ölkənin Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, gecə saatlarında Azərbaycan millisinin digər üzvləri Sübhan Məmmədov və Məhəmməd Abdullayev də final görüşlərinə çıxacaqlar. Bundan əvvəl isə Nəbi İsgəndərov bürünc medal əldə edib.