
Dünya çempionatının final biletləri 30 min dollara qədər bahalaşıb
Fins.az - 2026 FIFA Dünya Çempionatının biletlərinin qiymətləri rekord həddə yüksəlib.
Məlumata görə, FIFA tarixində ilk dəfə turnirdə dinamik qiymət sistemi tətbiq olunur. Aviaşirkətlər və hotel sektorunda geniş istifadə edilən bu modelə əsasən, biletlərin qiyməti tələbə uyğun olaraq real vaxt rejimində dəyişir.
Yeni sistem nəticəsində 2026-cı il dünya çempionatının biletlərində ciddi qiymət artımı müşahidə olunur. Qrup mərhələsinin ən ucuz biletlərinin qiyməti təxminən 300 ABŞ dollarıdır.
Final oyununun rəsmi biletlərinin qiyməti isə 11 min dolları ötüb, bəzi hallarda isə 30 min dollara qədər yüksəlib.