Dubayda yaşayış icazəsi üçün investisiya tələbi yumşaldılıb

Dubayda yaşayış icazəsi üçün investisiya tələbi yumşaldılıb

DÜNYA
388

Fins.az - Dubay şəhərində yaşayış icazəsi (rezidentlik) almaq üçün daşınmaz əmlaka investisiya üzrə minimum məbləğ tələbi ləğv edilib.

Birləşmiş Ərəb Əmirlikləridə qəbul edilən yeni qaydalara əsasən, fərdi daşınmaz əmlak sahibləri artıq mülkiyyətlərinin minimum dəyərini göstərmədən yaşayış icazəsi üçün müraciət edə biləcəklər.

Eyni zamanda, birgə mülkiyyət hallarında 400 min dirhəm (təxminən 109 min ABŞ dolları) həddi qüvvədə saxlanılır.

Qeyd edək ki, bu dəyişikliklər investorlara xidmət göstərən DLD Cube rəqəmsal platforması vasitəsilə elan edilib və prosedurların sadələşdirilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dubayda yaşayış icazəsi üçün investisiya tələbi yumşaldılıb — Fins.az — Fins.az