
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib
Fins.az - Futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Portuqaliya K qrupunda Özbəkistanı 5:0 hesabı ilə məğlub edib.
Qələbə sayəsində Portuqaliya qrupu lider kimi başa vuraraq pley-off mərhələsinə vəsiqəsini rəsmiləşdirib. Özbəkistan isə mundialla vidalaşıb.
Qrupun digər oyununda Kolumbiya Konqo Demokratik Respublikasını 1:0 hesabı ilə məğlub edib.
Beləliklə, K qrupunda yekun vəziyyət belə olub:
Portuqaliya – 7 xal
Kolumbiya – 6 xal
Özbəkistan – 4 xal
Konqo Demokratik Respublikası – 0 xal
Portuqaliya və Kolumbiya mundialın pley-off mərhələsində mübarizəni davam etdirəcəklər.