DÇ-2026 FIFA-ya rekord həcmdə gəlir qazandıra bilər

DÇ-2026 FIFA-ya rekord həcmdə gəlir qazandıra bilər

DÜNYA
160

Fins.az - 2026-cı il futbol üzrə dünya çempionatının FIFA üçün rekord maliyyə nəticələri ilə yadda qalacağı gözlənilir.

Məlumata görə, “Global Market Intelligence” tərəfindən hazırlanmış hesabatda turnirin FIFA-ya təxminən 9 milyard ABŞ dolları gəlir gətirəcəyi bildirilir.

Qeyd olunur ki, bu göstərici dünya çempionatları tarixində ən yüksək gəlir olacaq.

Mütəxəssislər rekord gəlirin əsas səbəbləri kimi yayım hüquqları, sponsorluq müqavilələri, reklam gəlirləri və bilet satışlarını göstərirlər.

DÇ-2026 futbol tarixində ən genişmiqyaslı turnirlərdən biri kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
DÇ-2026 FIFA-ya rekord həcmdə gəlir qazandıra bilər — Fins.az — Fins.az