
Daniil Medvedev ATP reytinqində doqquzuncu pilləyə enib
Fins.az - Daniil Medvedev ATP-nin yenilənmiş reytinqində mövqeyini itirərək yeddinci pillədən doqquzuncu yerə geriləyib.
Onu reytinqdə Taylor Fritz və Novak Djokovic qabaqlayıb.
Reytinqin ilk üç pilləsində dəyişiklik baş verməyib:
Jannik Sinner
Carlos Alcaraz
Alexander Zverev
Medvedev ötən həftə Almaniyanın Halle şəhərində keçirilən turnirdə dörddəbir final mərhələsinə qədər yüksəlib. Turnirin qalibi isə Teylor Friz olub.