Coca-Cola-dan 1,2 milyardlıq xalis mənfəət

Coca-Cola-dan 1,2 milyardlıq xalis mənfəət

DÜNYA
297

Coca-Cola İçecek ilin ikinci rübündə bazar gözləntilərinə uyğun bir rəqəmlə 1 milyard 233 milyon TL xalis mənfəət açıqlayıb. Şirkətin ilin ilk yarısında gəlirliliyi bir əvvəlki ilə görə 65,7% artaraq 1 milyard 863 milyon TL-yə çatıb.

"Fins.az" Coca-Cola İçecek ilin ikinci rübündə bazar gözləntilərinə uyğun bir rəqəmlə 1 milyard 233 milyon TL xalis mənfəət açıqladı.

Şirkət ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə daha yüksək faiz xərcləri və vergi dərəcəsi ilə üzləşsə də, əməliyyat gəlirliliyini qoruyub saxlamışdır. Beləliklə, xalis mənfəət əvvəlki ilin ikinci rübü ilə müqayisədə 71% artıb. Şirkətin ilin ilk yarısında gəlirliliyi bir əvvəlki ilə görə 65,7% artaraq 1 milyard 863 milyon TL-yə çatıb.

Coca Cola İçecek, ikinci rübdə güclü satış performansı göstərərək, konsolidə edilmiş satış gəlirlərini 14 milyard 694 milyon TL-ə yüksəldib. Şirkətin satışları rüblük olaraq 152,3; ilin ilk 6 ayında 144,1% artıb. Beləliklə, 6 aylıq satış gəliri 23 milyard 359 milyon TL-yə çatdı.

Coca-Cola-da gəlir artımı beynəlxalq əməliyyatlardan əldə edilən gəlir və bununla bağlı valyuta effekti ilə şərtlənir. Satış gəlirlərindəki artımla yanaşı, şirkətin konsolidə edilmiş vahid əsasında satış həcmi əvvəlki ilə nisbətən ikinci rübdə 25,1% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Coca-Cola-dan 1,2 milyardlıq xalis mənfəət — Fins.az — Fins.az