
Çinin üç böyük aviaşirkəti I rübdə yenidən mənfəətə çıxıb
Fins.az - Air China, China Eastern Airlines və China Southern Airlines cari ilin birinci rübündə yenidən mənfəət əldə ediblər.
Məlumata görə, China Southern Airlines yanvar-mart aylarında 1,48 milyard yuan xalis mənfəət açıqlayıb. Bu, ötən ilin eyni dövründə qeydə alınan zərərlə müqayisədə ciddi irəliləyişdir.
Air China isə 1,71 milyard yuan xalis mənfəət əldə edib. Şirkət bu nəticəni marşrutların optimallaşdırılması və xərclərə nəzarət tədbirləri ilə izah edir.
Bununla belə, Yaxın Şərqdəki gərginlik fonunda yanacaq qiymətlərinin artması aviaşirkətlərin gələcək perspektivlərinə mənfi təsir göstərə bilər.