Çinin süni intellekti 10 illik riyazi problemin həllini tapıb

Çinin süni intellekti 10 illik riyazi problemin həllini tapıb

DÜNYA
361

Fins.az - Çində hazırlanmış süni intellekt sistemi on ildən artıqdır həll olunmayan riyazi problemin öhdəsindən gələ bilib.

Məlumata görə, tədqiqat Pekin Universitetinin komandası tərəfindən təqdim olunub və nəticələr “South China Morning Post” portalında yayımlanıb.

Söhbət 2014-cü ildə Ayova Universitetinin riyaziyyatçısı tərəfindən irəli sürülmüş və uzun müddət cavabsız qalan bir məsələdən gedir.

Yeni sistemin əsas fərqi onun tam muxtar şəkildə işləməsidir: o, yalnız mövcud nəzəriyyələri yoxlamayıb, həm də öz hipotezlərini formalaşdıraraq onları sınaqdan keçirib və nəticədə sübut əldə edib.

Tədqiqatçılar bildirirlər ki, bu yanaşma süni intellektin elmi araşdırmalarda insan müdaxiləsi olmadan da kompleks problemləri həll edə biləcəyini göstərən mühüm addımdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çinin süni intellekti 10 illik riyazi problemin həllini tapıb — Fins.az — Fins.az