
Çindən Avropaya yükdaşımaların müddəti 15 günədək azaldıla bilər
Fins.az - TRACECA (“Avropa–Qafqaz–Asiya” nəqliyyat dəhlizi) Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Dünya Bankı logistika marşrutlarının səmərəliliyini qiymətləndirmək üçün xüsusi indeks üzərində işləyir.
Bu barədə TRACECA-nın baş katibi Jasurbek Çoriyev Avrasiya İnkişaf Bankının (AİB) illik toplantısı və biznes forumu çərçivəsində keçirilən “Qitələrin kəsişməsində logistika qovşağı: Vahid Avrasiya” adlı sessiyada məlumat verib.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində Çindən Avropaya yüklərin daşınma müddətinin sabit şəkildə 15 günə qədər endirilməsi mümkün ola bilər.