
Çində həkimlər ürəyi 40 saat dayanmış pasiyentin həyatını xilas ediblər
Fins.az - Çində həkimlər nadir və mürəkkəb tibbi hadisədə ürəyi 40 saatdan çox dayanmış pasiyentin həyatını xilas ediblər.
Təxminən 40 yaşlı kişi sinədə sıxılma və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Qısa müddət sonra onda ehtimal edilən kəskin miokardit nəticəsində ürək dayanması baş verib.
Həkimlərin sözlərinə görə, pasiyentdə davamlı mədəcik fibrillyasiyası qeydə alınıb ki, bu da ürəyin qanı effektiv şəkildə vurmasına mane olan həyati təhlükəli ritm pozuntusudur. Defibrilyasiya ilə ürək ritmini bərpa etmək üçün dəfələrlə cəhd edilsə də, ilkin mərhələdə nəticə əldə olunmayıb.
Pasiyentin həyati funksiyaları uzun müddət xüsusi tibbi avadanlıqlar vasitəsilə qorunub saxlanılıb və nəticədə həkimlərin səyləri sayəsində onun həyatını xilas etmək mümkün olub.